2018-ci il aprelin 30-u saat 16:00-da Xəzər Universitetində Erasmus+ PETRA layihəsi çərçivəsində növbəti seminar keçiriləcək. Seminar bu ilin martında Vyana Tətbiqi Elmlər Universitetində (Avstriya) müzakirə olunmuş universitet əməkdaşlarının tədqiqat vərdişlərinin inkişaf etdirilməsi, universitetlərdə keyfiyyətin təminatı məsələlərinin qoyuluşu və universitetlərdə beynəlmiləlləşmə işlərinin görülməsi məsələlərini çatdırmaq məqsədini daşıyır. Seminar Xəzər Universitetinin rəhbərliyi və departamentlərinin əməkdaşları üçün nəzərdə tutulmuşdur.