2018-ci il aprelin 12-də saat 12:00-də Xəzər Universitetində tədqiqata dəstək məqsədi ilə növbəti seminar/təlim keçiriləcəkdir. Dəvət edilmiş məruzəçi fizika və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İsmayıl Qafarov “Elmi tədqiqatlar və məlumatların təhlili sahəsində effektiv statistik metodlar” mövzusunda məruzə edəcəkdir və sonra isə təlim keçirəcəkdir. Dr. İsmayıl Qafarov Azərbaycan Tibb Universitetinin Tibbi fizika və İnformatika kafedrasının baş müəllimidir.
Seminar iki hissədən və çay fasiləsindən ibarət olacaqdır. Seminar Xəzər Universitetində Neftçilər kampusunun təlim otağında (5-ci mərtəbə kitabxana ilə üzbəüz) keçiriləcəkdir.
Hər kəs dəvətlidir. Ph.D. və magistr tələbələrin seminara qatılmağı və iştirakı ciddi şəkildə təşviq olunur.