2018-ci il martın 29-u saat 10:00-dan 14:00-dək təlim otağında (V mərtəbə, yeni bina) “Advocacy Establishment for Students through Ombudsman Position” (AESOP) adlı Erasmus+ layihəsi çərçivəsində Xəzər Universitetinin müəllim heyəti və inzibatı işçiləri üçün təlim keçirilməsi nəzərdə tutulur. Təlimin əsas məqsədi universitet əməkdaşlarını universitetin strukturu, fakültələrin və departamentlərin vəzifələri, nizam-intizam qaydaları, tələbələrin hüquq və öhdəlikləri və s. haqqında ətraflı məlumatlandırmaqdır. Bununla yanaşı, tədbir zamanı layihə və yeni yaradılmış “Ombudsman Ofisi” haqqında da məlumat veriləcəkdir.
Xəzər Universitetində çalışan bütün əməkdaşlarımızdan xüsusilə tələbələrlə sıx ünsiyyətdə olanlardan bu təlimdə iştirak etmələri xahiş olunur. Zəhmət olmasa, iştirakınızı martın 28-nə kimi rmammadova@khazar.org e-mail ünvanına yazaraq təsdiqləyin.
Hər birinizi təlimdə görməkdən məmnunluq duyarıq.