2018-ci il aprelin 5-i, saat 12:00-da Xəzər Universitetində (otaq 102N) universitetin İngilis dili və ədəbiyyatı departamentinin dissertantı Milana Yunis qızı Abbasovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İngilis dilinin tədqiqinə sosiolinqvistik yanaşmada müasir tendensiyalar” adlı dissertasiya işinin müzakirəsi keçiriləcək.
Maraqlananlar dissertasiya işi ilə İngilis dili və ədəbiyyatı departamentində tanış ola bilərlər.
Hər kəs dəvətlidir.
Magistratura, doktorantura və elmi işlər bölməsi