2018-ci il martın 30-da Xəzər Universitetində Erasmus+ “Universitetdə miqrasiya təhsilinin təşviqi” (PROMİG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində “Miqrasiyanın iqtisadi və sosial aspektləri: çağırışlar və miqrasiya siyasəti” mövzusunda İqtisadiyyat və menecment fakültəsi, Miqrasiya Araşdırmalar Mərkəzi və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə bir günlük seminar-təlim keçiriləcək. Seminarın təlimçiləri Alikante Universitetinin (İspaniya) əməkdaşları Dr. Oana Driha və Dr. Maria-Jemenez Delgadodur. Tədbirdə əsasən miqrasiya və iqtisadi inkişaf, miqrasiyanın sosial-mədəni aspektləri, miqrasiya və təhsil məsələlərinə toxunulacaq. Seminar-təlim, həmçinin, eyni adlı layihə haqqında məlumatın ölkəmizin ali təhsil müəssisələri arasında yayılması məqsədini daşıyır.
Maraqlananlar təlimdə iştirak etməyə dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyənlərin martın 19-na qədər e-mail vasitəsilə xəbər verməsi xahiş olunur.
Əlavə məlumat üçün Xəzər Universiteti İnkişaf Mərkəzinin əməkdaşı Ülkər Bayramova (E-mail: ubayramova@khazar.org. Telefon: (012) 421-10-93 (dax. 249)) ilə əlaqə saxlamaq olar.