2018-ci il martın 16-sı, saat 18:00-da Xəzər Universiteti Doktorantura və Magistratura Tələbə Birliyi universitetin yeməkxanasında “Novruz” şənliyi keçirəcək. Novruz bayramını elm adamları ilə qarşılamaq, elmi fikir mübadiləsi etmək, yeni ünsiyyətlər qurmaq və novruz təamlarından dadmaq istəyən bütün doktorantura və magistratura tələbələri şənliyimizə dəvət olunurlar.