2018-ci il martın 9-u saat 16:00-da Xəzər Universitetinin “Neftçilər” kampusu yeni təlim otağında universitetin Doktorantura və Magistratura Tələbə Birliyinin növbəti seminarı olacaq. Budəfəki seminar “Humanitar elmlərdə istifadə olunan tədqiqat metodları” mövzusuna həsr olunur. Seminarda tədqiqat metodlarında istifadə olunan keyfiyyət və kəmiyyət yanaşmalarından bəhs olunacaq və nümunələr üzərində müzakirələr aparılacaq.
Seminarı Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin direktoru, yerli və xarici jurnallarda akademik məqalələrin müəllifi Mələk Kərimova verəcək.
Maraqlananlar dəvət olunurlar.