2018-ci il martın 5-i saat 15:30-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsi elmi seminar (doktorluq) keçirəcək. Seminar universitetin köhnə binasında (otaq 314) baş tutacaq. Seminarın məqsədi fakültənin doktorantura tələbələrini bir araya gətirmək, aparmış olduqları elmi-tədqiqat işləri ilə əlaqəli həmkarları və universitetin akademik əməkdaşları ilə birgə müzakirə imkanı yaratmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.
Maraqlanan hər kəs seminarda iştirak edə bilər.