2018-ci il martın 2-si saat: 16:00-da Xəzər Universiteti Təhsil fakültəsinin Təhsil departamenti “Neftçilər” kampusundakı “Yeni təlim otağı”nda, “Jurnal klubu” (Journal Club) təşkil edəcək. Burada Psixologiya, Təhsil, Beynəlxalq münasibətlər və siyasi elm departamentlərindən doktorantlar və magistrlər aktual mövzulara toxunan və məşhur jurnallarda çap olunmuş 3 məqaləni fərqli yönləri ilə izah edəcək, müzakirələr aparacaq və fikir mübadiləsi edəcəklər.