2018-ci il martın 16-sı saat 14:30-da Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mühacirlərin dönüşü” adlı açıq mühazirə baş tutacaq. Mühazirəni 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı araşdırma aparan jurnalist-yazar, kolleksiyaçı Dilqəm Əhməd keçirəcək. Tədbirdə həmçinin Dilqəm Əhmədin kolleksiyasına aid Cümhuriyyət dövrünün nadir foto və sənədləri də sərgilənəcək və TEAS-Press tərəfindən nəşr edilmiş “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitablarının təqdimatı və imza günü keçiriləcək.