4-8 aprel 2016-cı il tarixdə Azərbaycanda Təhsil Nazirliyi, Xəzər Universiteti və Bakı Dövlət Universitetində NİZAMİ ERASMUS+ Potensialın Gücləndirilməsi Layihəsi üzrə ardıcıl görüşlər keçiriləcək. Layihə “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı” adlanır. Layihənin işçi qrupu 15 ali təhsil müəssisəsi, Təhsil Nazirliyi və Milli Elmlər Akadmiyasının nümayəndələrindən ibarətdir. Layihə qrupunun tərkibində 15 ali təhsil müəssisəsi ilə yanaşı 5 Avropa, 1 Türkiyə və 9 Azərbaycan universiteti var.
Görüşlər Azərbaycan və Avropada doktorantura təhsilinin müqayisəli və tənqidi təhlilinə həsr edilmiş və Azərbaycanda doktorantura təhsilinin inkişafı üçün tövsiyələr hazırlanmışdır. Görüşlər birinci gün Təhsil Nazirliyi, ikinci gün Xəzər Universiteti, üçüncü gün isə Bakı Dövlət Universitetində keçiriləcək.