2017-ci il dekabrın 1-də saat 15:00-da Xəzər Universiteti bioloji elmlər departamentinin elmi işçisi və müəllimi Dr. Babək Əlibəyovun “Məqalə yazmağın ən effektiv yolu – Endnote-dan necə istifadə etməli” (“Using the most effective tool while writing a paper with EndNote”) adlı II təlimi keçiriləcək.
Vorkşop hər bir iştirakçı üçün aktiv praktiki təlim məqsədi daşıyır və eyni mövzuda keçirilən seminarların davamıdır.
İştirakçılardan yaddaş kartı ilə və ya onlayn olaraq ən azı bir paraqraf yazı gətirmələri xahiş edilir. Həmin yazı əsasında hər bir iştirakçı kompüterdə ədəbiyyat siyahısını tərtib edəcək. Doktorant və magistr tələbələrin iştirakı vacibdir.
Təlim “Neftçilər” kampusu, dördüncü mərtəbədə kompüter laboratoriyasında baş tutacaq.
Maraqlanan hər kəs seminara dəvətlidir.