Xəzər Universiteti Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Kompüter Elmləri və Kompüter Mühəndisliyi departamenti 2018-ci il yaz semestri dövründə əsas fənlərin (Data Structures, Computer Organization, Operations Research, Introduction to Theory of Computation, Introduction to Compilers, Operating Systems, Information Security, Computer Graphics) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris dili ingiliscədir. Maraqlananlar öz CV-lərini Kompüter Elmləri və Mühəndisliyi departamentinin koordinatoru Dr. Məhəmməd Şərifova göndərə bilərlər: msharifov[at]khazar.org.
Son müraciət tarixi 2018-ci il yanvarın 31-dir.