2017-ci il noyabrın 24-ü saat 16:00-da Xəzər Universitetində (otaq 503 Old) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Caucasus International jurnalının təqdimatı keçiriləcək. Sözügedən jurnal beynəlxalq münasibətlər və xarici siyasətin təhlilinə, o cümlədən iqtisadi, sosial məsələlər üzrə akademik məqalələrin yazılması üçün platforma təklif edir. Qeyd edək ki, məqalələrin nəşrini təşviq etmək üçün məqalə müəlliflərinə qonorar da nəzərdə tutulur.
Maraqlanan hər kəs jurnalın təqdimatına dəvət olunur.