Xəzər Universiteti “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” üçün namizədlərin seçilməsinə dair müsabiqə elan edir.
Təlimlər 7 modul və cəmi 128 saat olmaqla, 12 həftə davam edəcəkdir. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq, təlim sonunda uğur qazanan iştirakçılara Xəzər Universiteti tərəfindən “Peşəkar İnkişaf Sertifikatı” təqdim olunacaq və gələcəkdə bu sahə üzrə magistr təhsilini Xəzər Universitetində davam etdirmək istəyənlər üçün 5 (ECTS) kredit veriləcək.
Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.
Namizədlər üçün minimum tələblər:
Yuxarıdakı tələblərə cavab verən namizədlər 2 mərhələli seçim əsasında müəyyən ediləcəklər:
1) Tərcümeyi- halın (CV) qiymətləndirilməsi; 2) Yazılı imtahan nəticəsinin qiymətləndirilməsi.
Maraqlananlar tərcümeyi-hallarını (CV) development[at]khazar.org elektron ünvanına göndərə və ya (+99412) 421-79-16 (dax.249) nömrəli telefona zəng edib əlavə məlumatı ala bilərlər.
Kursa davamiyyət ödənişlidir.
Son müraciət tarixi: 27 oktyabr 2017-ci il.