2017-cı il sentyabrın 22-si saat 16:00-da Xəzər Universitetində növbəti tədqiqat seminarı (Research Seminar/Journal Club) keçiriləcək.
Seminarın planına aşağıdakılar daxildir:
1. Qoşqar Məhərrəmov – Xəzər Universitetində yaradılan PhD tələbə birliyinin rəsmi təqdimi;
2. Babək Əlibəyov – son illər Çexiya Elmlər Akademiyasının Biokimya və Üzvi Kimya İnstitutunda apardığı elmi tədqiqatların nəticələri və müzakirəsi;
3. Aytac Misgərli – Xəzər Universitetinin kitabxanasının son məlumat bazalarının təqdimatı;
4. Tədqiqata dəstək və digər məsələlər.
Maraqlanan hər kəs dəvətlidir. PhD və magistr tələbələrin iştirakı xüsusi olaraq dəstəklənir.
Seminarın yeri kitabxana ilə üzbəüz yeni təlim otağında nəzərdə tutulur.