2017-ci il sentyabrın 21-i və 22-də Xəzər Universitetində Erasmus+ “Advocacy Establishment for Students through Ombudsman Position” (AESOP) layihəsi çərçivəsində layihənin Avropa və regional tərəfdaşlarının iştirakı ilə “Layihənin idarə edilməsi üzrə iclas” adlı görüş keçiriləcək. Görüş zamanı tərəfdaş universitetlərin nümayəndələri layihə çərçivəsində həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətləri müzakirə edəcəklər.