2017-ci il martın 6-sı saat 15:00-da “Böyük dördlük” audit şirkətlərindən “Ernst & Young” ilə baş tutacaq görüşdə iştirak etməyə dəvət edirik.
“Ernst & Young” heyəti ilə görüş işə müraciət haqqında məlumatları almaq üçün ən unikal fürsətdir. Seminar formatında keçiriləcək görüşdə şirkətin insan resursları ofisindən nümayəndələri tələbələrə işə müraciətdəki səhvlər, uğurlu müsahibənin yolları və korporativ mühit haqqında məlumat verəcəklər.
Maraqlananlar dəvət olunurlar.