Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xəzər Universitetinin təşkilatçılığı ilə 2017-ci il fevralın 17-də saat 10:00-da universitetin Neftçilər kampusunun (Məhsəti küçəsi, 41, “Neftçilər” metro stansiyası) Mərmər salonunda Dövlət Miqrasiya Xidmətinin 10 illiyi münasibətilə “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Maraqlananlar dəvət olunurlar.