Xəzər Universiteti beynəlxalq tələbələr üçün qəbulun başlanmasını və Beynəlxalq Təqaüd Proqramını elan edir. Tədris proqramları dörd (4) fakültədə bakalavr, magistratura və doktorantura səviyyələrində təklif olunur. Təqaüd proqramı dünyanın bütün ölkələrindən olan tələbələr üçün açıqdır və hər ölkəyə tam təhsil haqqını ödəyən iki təqaüd imkanı ayırır.
Son müraciət tarixi: 15 aprel 2017-ci il, saat 17:00 (5:00 PM) (Bakı vaxtı ilə).
Müraciət etmək üçün: http://www.khazar.org/az/menus/496/how_to_apply_sup_style_color_red_new_sup_.