Xəzər Universitetində rektorun ofis assistenti vəzifəsinə işçi tələb olunur. Gündəlik işlər: ofis işləri, sənədlərin idarə edilməsi, qonaqların qarşılaması, tədbirlər və görüşlərin təşkil edilməsi, rektorluqla bağlı digər gündəlik işlərdən ibarətdir.
Namizəd Azərbaycan və ingilis dillərdə sərbəst danışmalıdır, rus dilini bilənə üstünlük verilir. Namizəd məsuliyytəli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir.
Maraqlananlar məktub və CV-ni contact@khazar.org-a göndərsinlər (başlıqda “Rector Assistant Application” yazılsın).
Son müraciət tarixi 2016-cı il dekabrın 15-dir.