2016-cı il dekabrın 23-də saat 10:00-dan 17:00-a kimi Xəzər Universitetinin “Neftçilər” korpusundakı “Mərmər” zalda Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Elm şənliyi” adlı tədbir keçiriləcək.
Keçirilməsi nəzərdə tutulan layihə gənclərin
elmi fəaliyyətinin təşviqinə və eləcə də, elmin mahiyyətinə və təhsilə marağın
artırılmasına yönəldilmişdir. Bu layihə çərçivəsində elmin və onunla bağlı fəaliyyətin
əyləncəli və səmərəli olması, müasir gənclərin qavrayışında yorucu və
darıxdırıcı elmi qəliblərin çıxarılması hədəflənmişdir.
Layihənin mahiyyəti qısa olaraq gənclərin elmə marağının təbliği və təşviqidir. Format olaraq bir gün çərçivəsində intellektual müsabiqə və elmin müxtəlif sahələri ilə bağlı sərgi və seminarlardır.
Layihənin rəsmi tərəfdaşları bu təhsil müəssisələridir: