2016/2017-ci tədris ili üçün Xəzər universitetinin magistraturada boş qalan yerlərinə qəbul başlamışdır. Qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2016-cı il 08 avqust saat 10:00-dan 14 avqust saat 23:59-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Boş yerlər olan ixtisasların siyahısı TQDK-nın “Magistr” jurnalının 6-cı sayında dərc olunub.